Yeni layihənin icrasına başlanılacaqdır

0

Təşkilatımız Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı (VIII qrant müsabiqəsi) ilə may ayının 10-dan etibarən “Biz dini radikalizm və ekstremizmə qarşıyıq” layihəsinin icrasına başlayacaqdır. Layihə üç ay davam edəcək və 10 avqust 2016-cı il tarixdə başa çatacaqdır. Layihə çərçivəsində Qazax rayon orta ümumtəhsil məktəblərində, habelə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və ADPU Qazax filialında, eləcə də, Qazax rayon Mədəniyyət evində keçiriləcək yekun təbdir olmaqla, ümumilikdə on bir tədbirin keçirilməsi nəzərdə tutulur.

Keçiriləcək tədbirlərin təqvimi yaxın günlərdə facebook səhifəmizdə yerləşdiriləcəkdir.

 

Təşkilat rəhbəri hesabat konfransında iştirak etdi

0

2 fevral 2016-cı il tarixdə Park İnn Hoteldə Azərbaycan Prezidenti yanında Gənclər Fondu 2015-ci il üçün hesabat konfransı keçirib.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda dövlət gənclər siyasətindən danışıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanda gənclər siyasətinə xüsusi önəm verdi. F.Hacıyev bildirib ki, Azərbaycan gənclərinin ilk forumu məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildi və 2 fevral Gənclər Günü elan edildi.

F.Hacıyev bildirib ki, heç bir ölkədə gənclərə Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərən qurum yoxdur: “Azərbaycanda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası var ki, gənclərə dəstək verir, onların layihlərini maliyyələşdirir”.

Tədbirdə qeyd olunub ki, indiyə qədər Fond 7 qrant müsabiqəsi keçirib. Müsabiqələr zamanı Fonda müxtəlif layihələrlə bağlı 5080 müraciət daxil olub və onlardan 2333-ü müsbət cavab alıb. Ümumilikdə, bu layihələrə 13.5 milyon manatdan artıq vəsait ayrılıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov Şuranın ötən ilki fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Müşahidə Şurası ötən il bir neçə görüş keçirib. T.Süleymanov bildirib ki, Müşahidə Şurası Fondun fəaliyyətini tənzimləyən bir sıra mühüm sənədlər qəbul edib.

T.Süleymanov vurğulayb ki, sevindirici haldır ki, ildən ilə Gənclər Fonduna maraq artır və Fonda təqdim olunan layihələrin sayı da artır.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda gənclərə xüsusi dövlət qayğısı mövcuddur. Nazir müavini bildirib ki, ötən 20 il ərzində Azərbaycan gənclər siyasəti sahəsində bir çox hədəflərə çatdı. O bildirib ki, Azərbaycanın dünyaya nümunə olacaq bir gənclər siyasəti formalaşıb.

İ.Babayev bildirib ki, Gənclər Fondu yarandığı gündən gənclər təşkilatlarının fəaliyyətinə dəstək göstərib, qısa müddət ərzində gənclər təşkilatlarının və fərdi gənclərin minlərlə təşəbbüsləri dəstəklənib.

Nazir müavini bildirib ki, bundan sonra da gənclərimiz Azərbaycan dövlətinin qayğısını hiss edəcək və gənclər də dövlətimizin inkişafı və daha da qüdrətlənməsi üçün öz potensialını əsirgəməyəcək.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri Gənclər Fondunun fəaliyyəti, gənclərə göstərilən dövlət qayğısından danışıb və 2 fevral Gənclər Günü münasibəti ilə gəncləri təbrik ediblər.

Bu gün “Akademeon bağı” layihəsinə yekun vuruldu

0

11 dekabr 2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində sonuncu tədbir keçirildi. Tədbirin mövzusu “Zərərli dini təriqətlər, cərəyanlar və gənclər arasında maarifləndirmənin rolu” oldu. Tədbirə qonaq qismində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Eldəniz Vəliyev və şöbənin baş məsləhətçisi Pərvin Zeynalov qatılmışdılar. Maraqlı diskussiyalar şəraitində keçən tədbirin sonunda iştirakçılara buklet və broşuralar paylanıldı. Tədbirdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 30 nəfər tələbəsi iştirak edirdi.

http://

 

“QHT nədir?”, “Vətəndaş cəmiyyəti nədir?” mövzusunda növbəti tədbir keçirildi

0

04 dekabr 2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “QHT nədir?”, “Vətəndaş cəmiyyəti nədir?” olmuşdur. Tədbirin spikeri  Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov idi. Tədbir iştirakçılarına həmçinin layihə yazılışı qaydaları da izah olundu. Tədbirdə Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu və “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov da iştirakçılar qarşısında mövzu ətrafında maraqlı çıxış etdilər.

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

Layihə çərçivəsində “Vətəndaşların müraciət hüququ. Müraciətlərin formaları” adlı növbəti tədbir keçirildi

0

27 noyabr 2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “Vətəndaşların müraciət hüququ. Müraciətin formaları” olmuşdur. Tədbirin spikeri  hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şahin Hacıyev idi

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

 

 

“Nə?”, “Harada?” və “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi

0

25.11.2015-ci il tarixdə Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə Qazax Gənclər Mərkəzində “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun orta ümumtəhsil məktəblərinin komandaları ilə yanaşı, AMİ Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandaları və müstəqil komandalar (ümumilikdə 15 komanda) iştirak edirdi.
30 sual bankı səsləndirildikdən sonra xal hesabı ilə I yeri AMİ Qazax filialının “İlluminati” komandası tutdu. Çaylı kənd 2 saylı orta məktəbin “Zirvə” komandası ilə müstəqil “Just watch” komandasının xalları eyni olduğundan əlavə sual verildi və beləliklə, “Just watch” komandası II, “Zirvə” komandası isə III yerdə qərarlaşdı. Qalib komanda kubokla və diplomlarla, II və III yeri tutan komandaların üzvləri isə müvafiq diplomlarla təltif olundular.

http://

 

Layihə çərçivəsində növbəti tədbir “İnsan alveri. Formaları və mübarizə yolları” mövzusunda oldu

0

20.11.2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “İnsan alveri. Formaları və mübarizə yolları” olmuşdur. Tədbirin spikeri  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşı, sosioloq Gülnar Nəzərova idi.

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

 

Layihə çərçivəsində “Siyasi ideologiyalar: “Sağ” və “Sol” qavramları” mövzusunda tədbir keçirildi

0

13.11.2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “Siyasi ideologiyalar: “Sağ” və “Sol” qavramları” olmuşdur. Tədbirin spikeri Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının müəllimi Samir İsayev oldu

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

Layihə çərçivəsində “Qazax rayonunun müxtəsər tarixi. “Qazax” toponimi” adlı növbəti tədbir keçirildi

0

06.11.2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “Qazax rayonunun müxtəsər tarixi. “Qazax” toponimi haqqında” olmuşdur. Tədbirin spikeri Qazax şəhər 1 saylı orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim” Mustafa Mirzəyev idi.

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

“Akademeon bağı” layihəsi çərçivəsində “Kredit sistemi. Ümumi məlumat” mövzusunda tədbir keçirildi

0

30.10.2015-ci il tarixdə “Akademeon bağı” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Bu dəfəki tədbirin mövzusu “Kredit sistemi. Ümumi məlumat” olmuşdur. Tədbirin spikeri BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin Qazax filialının baş kredit mütəxəsisi Fail Abdalov idi.

Tədbirdə Qazax Dövlət Sosial-İqtisadi Kolleci və AMİ Qazax filialından ümumilikdə 30 nəfər gənc iştirak etmişdir. Tədbir iştirakçılarına buklet və broşuralar paylanılmışdır.

http://

 

Go to Top